Əsas məzmuna keç

Avtobus yoldan çıxaraq taxta-şalbanlara çırpılıb

Sverdlovsk vilayətində avtobusun magistral yoldan çıxması nəticəsində 3 nəfər xəsarət alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə martın 24-də axşam saatlarında Zareçnı rayonunun Mezenskoye kəndi – Kurmanka şossesində baş verib.

“112 saylı “Zareçnı – Boyarka kəndi” marşrutu üzrə hərəkət edən “KAVZ” markalı avtobusun sürücüsü son dayanacağa yaxınlaşarkən idarəetməni itirib, nəticədə, avtobus yoldan çıxıb və daha sonra şəxsi yaşayış binasının yaxınlığında olan taxta-şalbanlara çırpılıb”, – Telegram kanalında deyilir.

Şöbədən aydınlıq gətirib ki, qəzada zərərçəkmiş 3 nəfər tibbi yardıma müraciət edib.

27 yaşlı avtobus sürücüsü avtomobili maneəni aşaraq idarəetməni itirdiyi üçün yolun kənarına çıxdığını bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…