Gürcüstanda 1 sentyabrdan etibarən avtomobillərin yaratdığı səs-küy birbaşa yol hərəkəti zamanı yoxlanılacaq. Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. Məlumata görə, əgər avtomobilin səs səviyyəsi qanunla müəyyən edilmiş normanı aşarsa, sürücü cərimələnəcək və sürücülük vəsiqəsindən ballar silinəcək. Nazirliyin iyul ayında qəbul etdiyi qərara əsasən, nəqliyyat vasitələrinin istismarı zamanı yaranan səs-küy sertifikatlaşdırılmış portativ cihazlarla ölçüləcək. Yoxlamalar beynəlxalq ISO 5130:2019 standartlarına uyğun aparılacaq.
Növbəti xəbər yüklənir…






