Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya Silahlı Qüvvələri Kursk vilayətində bir neçə müdafiə eşalonu qurub.
Tezadlar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində “Axmat” xüsusi təyinatlılarının komandiri, general-mayor Apti Alaudinov deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (USQ) anlayır ki, onlar bu eşelonlarla irəliləyə bilməyəcəklər. “Üstəlik, o, bizim dayandığımız ilk xəttimizi belə keçə bilməz”, – Alaudinov bildirib.
O əlavə edib ki, Kursk istiqamətinə daxil olmağa çalışan Ukrayna bölmələri böyük itki verir.
E.ŞİRİNOV