5 İyul 2026 / 14:53

AYNA icarəyə avtomobillər alacaq – TENDERİN ŞƏRTLƏRİ

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ (AYNA) (VÖEN: 1506095421) tender elan edib.

Tezadlar.az xəbər verir ki, tender çərçivəsində 30 ədəd sedan tipli avtomobilin 12 aylıq icarəsi nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 638 min 50 manatdır. Belə ki, bir avtomobil üçün orta aylıq ödəniş qiyməti 1 772 manat təşkil edir.

Tenderlərdə iştirak haqqı 450 manat, istifadə haqqı 25 manat təşkil edir.

Əlaqələndirici şəxs: Qalib.S – Böyük mütəxəssisi /
office@ayna.gov.az / +994 12 566 52 58

Şərtlərə görə, iddiaçılar təkliflərini 10 iyul 2026-cı il, saat 17:40-a qədər Bakı şəhəri, Bakı şəh. Nərimanov r/n. Hacı Məmmədov 5 ünvanına təqdim edə bilərlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!