Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ən yaxın bildiklərim uzaq kimi davrandılar, ən uzaq bildiklərim yaxın oldular.
Tezadlar.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova “Tarixin bir günü” verilişində anası Rəqsanə İsmayılova barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçildikdən sonra sənət cameəsindəki insanların ona göstərdikləri münasibətdən danışarkən deyib.
O vurğulayıb ki, dəstək gözləmədiyi, tanımadığı insanlar onunla maraqlanıblar, bir çox yaxınları isə həmin gündən sonra on gündə bir dəfə zəng etməklə kifayətləniblər.
Xatırladaq ki, Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. O, iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir. Bu növ cinayətdə ən əsası zərərçəkmişə dəymiş ziyanın ödənilməsi yüngülləşdirici hal hesab edilir. Əks halda şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
JASMİN