“Bu, çox vacib, demək olar ki, həyati oyundur. Çünki bizim sıfır xalımız var. Evdə güclü olmalıyıq, 3 xal qazanmaq istəyirik və bunun üçün qələbəyə oynayacağıq”.
Tezadlar.az xəbər verir ki, bu sözləri “Atletik”in futbolçusu Aytor Paredes UEFA Çempionlar Liqasının Liqa mərhələsiin 3-cü turunda “Qarabağ”la oyunla bağlı təşkil olunmuş mətbuat konfransında deyib.
O, “Qarabağ”dan çəkindiklərini gizlətməyib və rəqibləri barədə müsbət fikirlər səsləndirib:
Parades “Qarabağ”ın 6 xalı olmasını sürpriz saymadığını da sözlərinə əlavə edib:
“Onların 6 xalı olması sürpriz deyil, biz də istərdik o qədər xalımız olsun. Rəqibi çətin komanda kimi görürük, çünki bunu nəticələrlə sübut ediblər. Bilbaoya sadəcə oynamaq üçün gəlməyiblər, onlar da qazanmaq istəyirlər. Biz özümüzü favorit hesab etmirik. Bu, maraqlı və çətin bir oyun olacaq. Onlar sona qədər mübarizə aparan komandadır, çətin anlarda da oyundan düşmürlər, sabit oynayırlar və qol vurmaq gücünə malikdilər. Bütün Çempionlar Liqası komandaları kimi onların da yaxşı tərəfləri var. Biz onları hörmətlə qarşılayırıq, çünki nəyə qadir olduqlarını göstəriblər”.







