Əsas məzmuna keç

AZƏRBAYCAN BAYRAĞI BU GÜN QARABAĞDA DALĞALANIRSA…

“Ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğalanır. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır”

Tezadlar.az bildirir ki, bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib. “Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar”, – deyə Prezident deyib.

Bəli, ermənilər nəinki Qarabağda dalğalanan o bayraqları, həm də o bayraqları dalğalandıran igid əsgərləri unutmamalıdırlar. 44 günlük Vətən müharibəsini isə yənki heç vaxt unutmayacaqlar… Azərbaycana və Azərbaycanın atributlarına xor baxanların aqibəti dünyaya bəllidir…

SƏRİYYƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…