Təhsil
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu ilin 20-26 sentyabr tarixlərində Rusiyanın Həştərxan vilayətindən Azərbaycana 9,9 ton balıq tədarük edilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məlumatında deyilir.
Belə ki, xidmətin müvafiq idarəsi tərəfindən Azərbaycana göndərilən məhsullara baytarlıq nəzarəti tədbirləri həyata keçirilib. İxrac edilən məhsul alıcı ölkənin tələblərinə cavab verib, onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.