İsveçrə hökuməti “Azadlıq” radiosuna dəstək məqsədilə 2 milyon dollar maliyyə vəsaiti ayırmaq qərarına gəlib. Tezadlar.az radionun Avropa bürosuna istinadla bildirir ki, bu barədə İsveç hökuməti rəsmi açıqlama yayıb. Bildirilib ki, Azad Avropa/Azadlıq Radiosuna dəstək qərarı jurnalistlərə və müstəqil mediaya yardımı əhatə edən daha geniş strategiyanın bir hissəsidir: “İsveçin Azad Avropa Radiosuna dəstəyi jurnalistlərə media azadlığının məhdudlaşdırıldığı yerlərdə müstəqil və faktlara əsaslanan məlumatların verilməsini davam etdirməyə kömək edir”, – deyə bəyanatda qeyd olunub.
Xatırlatma: bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp 7 federal qurumun ixtisarını nəzərdə tutan fərman imzalayıb. Bu qurumlar arasında Azad Avropa/Azadlıq Radiosuna və digər federal yayım orqanlarına nəzarət edən ABŞ Qlobal Media Agentliyi də yer alıb.