Əsas məzmuna keç

Azərbaycan 9 ayda 13,4 min tondan çox meşə fındığı ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında ölkədən 100,4 milyon ABŞ dolları dəyərində 13,4 min tondan çox meşə fındığı ixrac edilib.

Tezadlar.az  Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 38 faiz və ya 27,6 milyon dollar, həcm baxımından isə 12,9 faiz və ya 1,5 min ton çoxdur.

Cari ilin ilk 9 ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,54 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,79 faizə bərabər olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…