Əsas məzmuna keç

Azərbaycan Avropaya yeni enerji marşrutunda yer ala bilər

Avropa İnvestisiya Bankı (EIB) Qırğızıstanda “Kambar-Ata-1” su elektrik stansiyasının tikintisini maliyyələşdirmək niyyətindədir. Gələcəkdə burada istehsal olunacaq elektrik enerjisi Qazaxıstan, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya nəql oluna biləcək.

Tezadlar.az xəbər verir ki, bunu bankın vitse-prezidenti Marek Mora Astanada “Euronews”a müsahibəsində bildirib.

“Biz Xəzər dənizi vasitəsilə Qazaxıstan və Azərbaycan arasında, daha sonra isə Avropaya qədər uzana biləcək elektrik interkonnektoru barədə bəzi ideyalar eşitmişik”, – M.Mora bildirib.

“Kambar-Ata-1” su elektrik stansiyası Qırğızıstan, Qazaxıstan və Özbəkistanın birgə layihəsi çərçivəsində inşa edilir. M.Moranın sözlərinə görə, EIB su ehtiyatlarının idarə edilməsi və enerji şəbəkələrinin tikintisi sahəsində layihələr üçün üç ölkəyə 900 milyon avro vəsait ayırıb.

Stansiyanın təxminən 2035-ci ilə qədər istismara verilməsi və ildə 5,6 milyard kVt·saat elektrik enerjisi istehsal edə biləcəyi gözlənilir. Layihə Mərkəzi Asiyanın enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…