Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb. Tezadlar.az bildirir ki, dövlət başçısı qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. Sitat: “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”.
“Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür”






