BMT- Birləşmiş Millətlər Təşkilatının üzv ölkələri hər il bu quruma üzvlük haqqı ödəyir… Təbii ki, BMT üzv ölkələrin təhlükəsizliyi ilə bağlı lazımi anda Qətnamə qəbul edərək üzv ölkələri təcavüzkara qarşı olmağa çağırış və səfərbər edir.
Bəs üzv ölkələr BMT- yə hansı şərtlərl, üzvlük haqqı ödəyir? Tanınmış QHT rəhbəri Sahib Məmmədov bu barədə yazır: “Azərbaycan BMT-yə 1,081,698 Dollar üzvlük haqqı ödəyib. 28 may 2026-cı il tarixinə olan məlumata görə, 111 üzv dövlət BMT-yə requlyar büdcə ödənişlərini tam şəkildə ödəyib. Azərbaycan 1,081,698 Dollar üzvlük haqqı ödəyib. Qonşu Gürcüstan 286,332, Ermənistan 222,702 Dollar üzvlük haqqı ödəyib. 111 dövlət içərisində ən böyük həcimdə ödəniş edən Yaponiyadır. Onun 2026-cı il üçün üzvlük haqqı 221,861,490 Dollar, Almaniya Federativ Respublikası 182,227,359 Dollar ödniş edib. Türkiyənin üzvülük haqqın 21,793,032 Dollar təşkil edib. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən Rusiya Federasiyası 67,137,109, Fransa 123,693,873, Böyük Britaniya 127,958,073 Dollar ödəyib. BMT TŞ digər üzvləri ABŞ və Çin hələlik ödəniş etməyib. Burundi və Kribati ən az üzvlük haqqı ödəyən dövlətlərdi, hər biri 31,790 Dollar…”.
Bəs üzvlük haqqı əhali sayına görədir, yoxsa ölkənin ərazisinə görə? S.Məmmədov bu suala da aydınlıq gətirib: “…Norveç əhalisi Azərbaycanınkından iki dəfə yarım azdır, amma ödədiyi 20,905,563 Dollardı. Qətər cəmi 11 000 kv.km sahəsi var, əhalisi isə 2,5 milyondu. Ödədiyi isə 7,838,994 Dollar. Əsas kriteriya büdcə və adam başına düşən ÜDM olmalıdır. Amma burda əsas şərt büdcədir…”.
Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı BMT TŞ 1993-cü ildə 4 qətnamə qəbul etmişdi və qoşunların qeyd- şərtsiz Azərbaycan ərazisindən çıxarılması qət edilmişdi… Amma Ermənistan qoşunlarını ərazimizdən BMT yox, Azərbaycan ordusu məhv edib çıxarmalı oldu…
A.Məmmədli