Azərbaycan güləşçiləri MDB Oyunlarında 3 qızıl medal qazandı

III MDB Oyunlarının yunan-Roma güləşi yarışında daha bir Azərbaycan güləşçisi qızıl medala sahib çıxıb

“Təzadlar”ın Qərb bürosu xəbər verir ki, İslam Sultanov (71 kq) finalda uğurlu çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bundan başqa, Hikmət Haqverdiyev (55 kq) bürünc medalla kifayətlənib.

III MDB Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarış davam edir.

“Təzadlar”ın Qərb bürosu xəbər verir ki, Azərbaycan təmsilçisi Əli Nəzərov (60 kq) rusiyalı rəqibi İvan Kozlovu məğlub edərək qızıl medala sahib çıxıb.

Azərbaycan güləşçisi III MDB Oyunlarının qalibi olub.

“Təzadlar”ın Qərb bürosunun məlumatına görə, Gəncə İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Elşad Abbasov (51 kq) finalda belaruslu Tsimafey Semianenka ilə qarşılaşıb.

Rəqibinə 6:0 hesabı ilə qalib gələn idmançımız qızıl medal qazanıb.

Daha əvvəl Yusif Mirzəyev gümüş mükafata sahib çıxıb.

Xəbəri paylaş

Xəbər lenti