Əsas məzmuna keç

Azərbaycan Prezidentindən ABŞ-a Başsağlığı

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı verib.

“Tezadlar.az” xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…