Əsas məzmuna keç

Azərbaycan və FAO aqrar layihələri müzakirə edib

Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tezadlar.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Məcnun Məmmədov və FAO-nun baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşündə baş tutub.

Görüş zamanı ölkəmizdə aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına yeni dəstək mexanizmləri, “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb, FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

Tərəflər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub, həyata keçirilən layihələrin ölkəmizin aqrar sektorunun inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…