Əsas məzmuna keç

Azərbaycan və Rumıniya enerji əməkdaşlığını müzakirə edib

Azərbaycan və Rumıniya arasında təbii qaz təchizatı, neft və neft məhsullarının ticarəti, eləcə də elektrik enerjisi sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf imkanları müzakirə edilib.

Tezadlar.az xəbər verir ki, bu müzakirələr Buxarestdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə nazirlərin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Dumitru Kisəlitsə ilə görüşüb.

Bildirilib ki, nazirlər “Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası üzrə növbəti addımları və iclasın nəticələrini müzakirə ediblər.

Türkiyənin layihəyə qoşulmasının əhəmiyyəti vurğulanıb. Birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. Görüşdə, həmçinin Rumıniyanın “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinə qoşulması perspektivi də nəzərdən keçirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…