Azərbaycanda 2024-cü ildə 58 kişi qadınlar tərəfindən döyülüb və…-İNANILMAZ

Oxunma sayı: 207

Adətən qadınların kişilər tərəfindən döyülməsi və ya işgəncələrə məruz qalması halları ilə rastlaşırıq və cəmiyyət də bu cür rəftarları daim qınayıb… Statistika da təsdiqləyir ki, buna görə hər il nə qədər kişi həbs olunur, cəzalandırılır. Amma bu dəfə kişilərin qadınlar tərəfindən döyülməsindən danışılacaq.  Ümumiyyətlə, dünyada belə hallar son illər artmaqdadır. Məsələn, Avropa ölkələrində bu cür faktlar çoxalmaqdadır. Ötən il isə Rusiyada az qala kişilərin zorakılığa məruz qalması faktı qadınlarınkına bərabər olub. Əlbəttə, bu qadın-kişi hüquqlarının bərabərliyinə  dəlalət etmir. Fakt odur ki, zorakılıq və şiddət yolverilməzdir…

Azərbaycanda 58 kişi qadınlar tərəfindən döyülüb…

Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında da öz əksini tapıb. Məlum olur ki, 2024-cü ilin yanvar-dekabr aylarında 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib, onlardan 205 nəfəri Bakıdan, 125-i isə regionlardan müraciət edib. Məsələn, 137 evli, 140 subay, 53 boşanmış şəxsin Dövlət Komitəsinə müraciəti daxil olub. Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80-i 36-55, 28 nəfəri isə 56+ yaş aralığında olan şəxslərdir.

Bir sözlə, qadın və ya kişi, çalışın özünüzü döydürməyin ki, sizi döyən olsun…

A.Məmmədli

Xəbəri paylaş