Əsas məzmuna keç

Azərbaycanda bu üç kəndin adı dəyişdirilir ki…

Azərbaycanda daha üç kəndin adı dəyişdirilir. Tezadlar.az  xəbər verir ki, Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub. İclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka kəndinin adının Elbir, Alekseyevka kəndinin adının Çinarlı və Timiryazev kəndinin isə Bəhrəli kimi dəyişdirilməsi barədə qərar qəbul edilib. Müzakirələrin yekunu olaraq məsələ Milli Məclisin plenar iclasına təklif olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…