Azərbaycanda ən aşağı orta əməkhaqqı bu rayon sakinlərinin payına düşüb… SİYAHI

Oxunma sayı: 222

Azərbaycanın rayon və şəhərlərinin 2024-cü il ərzində orta aylıq əmək haqqı üzrə məbləği açıqlanıb.

TEZADLAR.AZ xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, Azərbaycanda ən yüksək əməkhaqqı Xankəndi şəhərindədir.

Bu şəhərdə orta aylıq nominal əməkhaqqı 1 627,2 manat təşkil edir. Ölkə üzrə ən aşağı əməkhaqqı isə Qax rayonundadır. Belə ki, bu rayonun sakinlərinin orta aylıq nominal əməkhaqqı 539,1 manatdır. 2024-cü il üzrə Azərbaycanın rayon və şəhərlərində orta aylıq əməkhaqqı siyahısını təqdim edirik:

Rayon və şəhərlər Orta aylıq nominal əməkhaqqı (manatla)
Bakı şəhəri 1 269,2
Naxçıvan şəhəri 864,1
Babək rayonu 697,6
Culfa rayonu 665,8
Kəngərli rayonu 759,8
Ordubad rayonu 698,4
Sədərək rayonu 680,0
Şahbuz rayonu 727,7
Şərur rayonu 661,5
Sumqayıt şəhəri 864,7
Abşeron rayonu 749,4
Xızı rayonu 581,6
Ağsu rayonu 638,5
İsmayıllı rayonu 606,1
Qobustan rayonu 673,0
Şamaxı rayonu 674,2
Gəncə şəhəri 718,1
Naftalan şəhəri 621,9
Daşkəsən rayonu 1 146,3
Goranboy rayonu 670,3
Göygöl rayonu 678,2
Samux rayonu 639,7
Xankəndi şəhəri 1 627,2
Ağcabədi rayonu 603,3
Ağdam rayonu 646,5
Ağdərə rayonu 646,5
Bərdə rayonu 633,2
Füzuli rayonu 617,1
Xocalı rayonu 846,7
Xocavənd rayonu 695,1
Şuşa rayonu 907,5
Tərtər rayonu 614,5
Ağstafa rayonu 591,4
Gədəbəy rayonu 839,9
Qazax rayonu 731,7
Şəmkir rayonu 680,2
Tovuz rayonu 632,0
Xaçmaz rayonu 661,4
Quba rayonu 693,1
Qusar rayonu 652,3
Siyəzən rayonu 745,8
Şabran rayonu 646,1
Astara rayonu 639,3
Cəlilabad rayonu 669,2
Lerik rayonu 618,4
Lənkəran rayonu 648,3
Masallı rayonu 602,8
Yardımlı rayonu 610,0
Mingəçevir şəhəri 651,2
Ağdaş rayonu 584,6
Göyçay rayonu 606,8
Kürdəmir rayonu 613,0
Ucar rayonu 637,4
Yevlax rayonu 627,2
Zərdab rayonu 616,0
Beyləqan rayonu 617,3
İmişli rayonu 669,4
Saatlı rayonu 639,3
Sabirabad rayonu 618,7
Balakən rayonu 572,0
Qax rayonu 539,1
Qəbələ rayonu 692,3
Oğuz rayonu 615,6
Şəki rayonu 649,1
Zaqatala rayonu 613,8
Cəbrayıl rayonu 723,7
Kəlbəcər rayonu 656,5
Qubadlı rayonu 818,3
Laçın rayonu 663,2
Zəngilan rayonu 911,0
Şirvan şəhəri 860,3
Biləsuvar rayonu 662,7
Hacıqabul rayonu 699,2
Neftçala rayonu 643,0
Salyan rayonu 685,2

Qeyd edək ki, 2024-cü ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1% artaraq 1009,2 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3729,4 manat, qeyri neft-qaz sektorunda 959,6 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 975,2 manat, özəl müəssisələrdə isə 1044,1 manata bərabər olub.

Xəbəri paylaş

30 Aprel