Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 4,8 milyard ABŞ dolları dəyərində 9,2 milyon tona yaxın bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Tezadlar.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 21,8 faiz və ya 861,1milyon dollar, həcm baxımından isə 47,7 faiz və ya 2,97 milyon ton üstələyir.
Cari ilin ilk 8 ayı ərzində ölkədən ümumilikdə 8,39 milyard dollar dəyərində 15,9 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İtaliya 1-ci yerdə qərarlaşıb və ixrac həcminin 57,8 faizi bu ölkənin payına düşüb.