Əsas məzmuna keç

“Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev qardaşını itirdi…

Əməkdar mədəniyyət işçisi Babək Quliyev vəfat edib.

TEZADLAR.AZ  xəbər verir ki, fotoqraf mayın 25-i 70 yaşında dünyasını dəyişib.

B.Quliyev uzun illər Mədəniyyət Nazirliyi sistemində fotoqraf, videooperator, nazirliyin Elmi-Metodik Mərkəzinin nəzdində video-foto studiyasının rəhbəri vəzifələrində işləyib. “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib. 1990-cı illərdə Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır.

2019-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Qeyd edək ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev mərhumun qardaşıdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…