Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ölkəmizi 70-ci yubiley “Avroviziya” mahnı müsabiqəsində kimin təmsil edəcəyinə dair suallara son qoydu. Rəsmi açıqlamaya əsasən, Azərbaycan bayrağını möhtəşəm səhnədə “Səs Azərbaycan 2025” layihəsinin qalibi Cəmilə Həşimova (JİVA) dalğalandıracaq.
Seçimlə bağlı mühüm məqamlar:
Təmsilçimiz: Cəmilə Həşimova, sənət dünyasında tanınan adı ilə — JİVA.
Mahnı: Hazırda müsabiqə mahnısının adı və janrı gizli saxlanılır. Lakin yaxın günlərdə mahnının rəsmi klipi ilə birlikdə geniş ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Arzu gerçək oldu: Qeyd edək ki, “12xal” komandası ötən il keçirilən “Səs Azərbaycan”ın final mərhələsində JİVA-dan müsahibə almışdı. Həmin söhbət zamanı ifaçı ən böyük hədəfinin məhz “Avroviziya” səhnəsi olduğunu bildirmişdi.
Azərbaycanın bu builki iştirakı ilə bağlı yenilikləri izləməyə davam edin!
Səbinə Bağırova