10 Noyabr 2025 / 11:02

Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsinin Qəhrəmanı…

Fəxri adların verilməsi və dövlət təltifləri Sovet hökumətindən qalma bir direktiv qərardır. Bu adlar müxtəlif sahələrdə xüsusilə fərqlənən şəxslərə verilir.
Mətbuatda daha çox adı hallanan vı 1- ci Qarabağ müharibəsi zamanı xüsusi igidlik göstərmiş şəxslərə verilmi, Milli Qəhrəman ilə 2- ci Qarabağ müharibəsində xüsusi igidlik göstərmiş şəxslərə verilmiş Vətən Müharibəsi fəxri adların fərqi barədə mübahisəli fikirlərı rast gəlinir.
XXX
Tezadlar.az prezident.az portalına və eləcə də Milli Məclislə Nazirlər Kabinetinin saytında, nəhayət, qanunvericilikdə bu iki fəxri adların Əsasnaməsini (Vikipediyada da bir sıra statistikanı) təhlil edərək aşağıdakıları təqdim edir:
-“Azərbaycanın Milli Qəhrəmanı” adı 25 mart 1992-ci il-ci ildə, “Vətən Müharibəsi Qəhrəmanı” adı isə 20 noyabr 2020-ci il tarixində təsis olunub.
“Vətən Müharibəsi Qəhrəmanı” adı İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilib və Azərbaycanın ən ali fərqlənmə (qəhrəmanlıq) dərəcəsidir.
“Vətən Müharibəsi Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
“Vətən Müharibəsi Qəhrəmanı” adına azı 83 nəfər layiq görülüb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən hərbçilərin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə sağdır.
“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərə Prezident təqaüdü verilir. Həmin təqaüdün məbləği 2200 manatdır.
XXX
“Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın növbəti yüksək fərqlənmə dərəcəsidir. “Azərbaycanın Milli Qəhrəmanı” adı da eyni şəxsə bir dəfə verilir. Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. Hazırda Azərbaycanın Milli Qəhrəmanlarının sayı 224 nəfərdir. Onlardan 15 nəfəri sağdır, qalanlar ya şəhdi olublar, yaxud sonradan vəfat edib. “Azərbaycanın Milli Qəhrəmanı” adı almış şəxslərə 2 min manat Prezident təqaüdü verilir.
XXX
 Mövcud qanunvericiliyə görə, “Vətən Müharibəsi Qəhrəmanı” adı “Azərbaycanın Milli Qəhrəmanı” adından bir pillə yüksək hesab olunur… İctimai fikirdə də Milli Qəhrəman adının torpaqların işğal dövrünün, Vətən Müharibəsi Qəhrəmanı adının isə torpaqların düşmən işğalından tam azad edilməsinin təltifi olduğundan daha üstün qəbul edilməsi qənaəti var. Bununla belə, hesab edirik ki, hər iki müharibə Vətən uğrunda savaşla tanındığından bu savaşda qəhrəmanlıq göstərmiş igidlərimiz Vətən üçün eyni qəbul edilir! Düşmənlə üz- üzə döyüşən şəhid olacağını, yoxsa düşməni məhv edəcəyini hələ bilmir!
Vətən igid oğulları ilə Vətındir! Zəfərimiz mübarək!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!