Əsas məzmuna keç

“Azərbaycanın post-münaqişə yenidənqurma modeli nümunə kimi qiymətləndirilir”

“Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi yüksək qiymətləndirilməsindən qürur duyuruq”. Tezadlar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı edilən paylaşımda bildirilib. Sitat: “Urbisid, kultursid və ekosidə məruz qalmış ölkə kimi Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi yüksək qiymətləndirilməsindən qürur duyuruq”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…