Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

BMT-nin mükafatı Azərbaycanın sosial müdafiə sahəsində həyata keçirdiyi islahatlara verilən yüksək qiymətdir.
Tezadlar.az xəbər veriri ki, bunu Tbilisidə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, DSMF-nin “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” layihəsinin qalib seçilməsi Azərbaycanın sosial müdafiə sistemində son illər həyata keçirdiyi uğurlu islahatların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
“BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təqdim olunan beynəlxalq mükafatın qalibi kimi Azərbaycanı təmsil etməkdən qürur duyuruq”, – deyə Z.Mirzəyev vurğulayıb.
DSMF sədri qeyd edib ki, qurum üçün ən böyük mükafat Azərbaycan vətəndaşlarının etimadıdır:
“Məhz bu etimadı doğrultmaq üçün 2018-ci ildən etibarən inklüziv, şəffaf, əlçatan və hamı üçün ədalətli sosial müdafiə xidmətlərinin qurulması istiqamətində mühüm addımlar atılıb”.
Onun sözlərinə görə, son illərdə sosial müdafiə sistemində aparılan rəqəmsal transformasiya beynəlxalq platformalarda mütəmadi olaraq təqdim edilir və öyrənilir.