Əsas məzmuna keç

Azərbaycanlı milyarderlərin Moskvadakı bazarı PUA ilə vuruldu

Ötən gün Rusiyanın paytaxtı Moskvaya PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzlərindən biri olan “Sadovod” da zərər görüb. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, dronlardan bir neçəsi “Sadovod” ticarət kompleksinin iki hissəsinə ziyan vurub. Qeyd edək ki, ümumi sahəsi on hektarlarla ölçülən, Rusiya iqtisadiyyatında mühüm rol oynayan və gündəlik onminlərlə insanın ziyarət etdiyi məşhur “Sadovod” ticarət kompleksi “Kiyevskaya ploşad” (Kiyev meydanı) şirkətinə məxsusdur. Bu nəhəng holdinqin ortaq sahibləri isə əslən Azərbaycandan – Quba rayonunun Qırmızı qəsəbəsindən olan tanınmış milyarderlər, Rusiyanın kommersiya daşınmaz əmlak bazarının liderləri Qod Nisanov və Zarah İliyevdir.

 Xatırladaq ki, bu gün səhər saatlarında PUA hücumu nəticəsində Moskvadakı neft emalı zavodunda da dəhşətli partlayış baş verib. Ukrayna dronlarının cavab zərbələri artıq Kremlin beş addımlığına çatıb… Rusiya ictimaiyyəti şokdadır… Rəhbərlik isə susur, seyr edir…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…