16 İyun 2026 / 10:54

Azərbaycanlı Ramil Cabbarlı Sietlin Vaşinqton Universitetinin doktorluq təhsilini başa vurub və…-TƏBRİK

İyunun 10-da Sietlin Vaşinqton Universitetinin böyük zalında Sosiologiya və Art fakultəsinin tələbə, bakalavr, magistr, master və doktorant təhsilini başa vuranların diplomlarının təqdimatına yığışmışdıq. Universitetlə bir növü vidalaşma mərasiminə. 100-dən çox tələbə və digər sadaladığım məzunların valideynləri, qohum-qardaşları, dostları, sevgililəri toplaşmış zalda min nəfərdən çox adam var idi.
Güney və Quzey Azərbaycandan olan bizlər Güneyin Muğan bölgəsindən olan, sevərəkdən “Cabbar Qaryağdıoğlu” dediyim Ramil Cabbarlının doktorluq təhsilini başa vurması münasibətilə onu təbrikə gəlmişdik. 12 il bundan öncə Güney Azərbaycandakı fəallığına görə Vətəni tərk edib Türkiyəyə keçmiş və bir neçə il orada çalışdıqdan sonra ABŞ-a köçməyə işazə almış Ramini mən Sietldə qarşıladım və o zaman da onu tanıdım. U vaxtdan biz dostuq. Şükür və maşallah cəmi 12 il müddətidndə Ramin bəy Vashinqton Universitetinin Sosiologiya fakultəsinə tələbə kimi daxil olub bu gün oradan Professor, Doktor kimi çıxır. Tələbəliyi əla diplomla başa vurdu. Onu aspiranturada saxladılar. Aspirantura təhsilini 3 il ərzində başa vurub dissertasiyasını müdafiə etdi və Master deqri aldı. Ondakı istedadı, zəhmətsevərliyi, fəallığı görən Sosialogiya kafedrasının müdiri Professor ona universitetdə qalıb doktoranturada oxumağı təklif etdi.
Budur, onu da vaxtında bitirib, cəmi 7 il bundan qabaq tələbə mantosunu geydiyi 7-8 Nobel Mükafatı çalışan dünyanın prestijli universitetinin Doktor mantosunu və qızılı saçaqlı beretini geyir Ramil.
Və gələn ay da doktorluq dissertasiyasının müdafiəsinə yığıışırıq.
Doktoranturada oxuduğu dörd ildə Ramin həm də Universitetdə öz sahəsində təlbələrə dərs deyib, mühazirələr oxudu.
Ona görə də o artıq Sietlin Qərb Universitetində (Western University) Professor kimi işə dəvət alıb.
Güney Azərbaycanda 35 milyonumuzun fars-molla rejimi tərəfindən mənəvi əzintisinə qarşı dözməyən Vətən oğlu mütəmadi sanballı məqalələr yazır, elmi, siyasi konfranslarda (Avropada olsa belə), BMT-də bizim sonu görünməyən mövzumuzla iştirak edir, TV ekranlarında çıxışlar yapır.
DOKTORANT TƏHSİLİNİ BAŞA VURMAĞIN MÜNASİBƏTİ İLƏ SƏNİ ÜRƏKDƏN TƏBRİK EDİR VƏ BU YAXINLARDA BAŞ TUTACAQ DOKTORLUQ ÜZRƏ DİSSERTASİYA MÜDAFİƏSİNİN UĞURLU KEÇMƏSİNİ TANRIDAN ARZU EDİRƏM, ƏZİZ, MEHRİBAN DOST !
İNANIRAM Kİ, HƏR İKİ AZƏRBAYCANIMIZ VƏTƏNSEVƏR ÖVLADI RAMİN CABBARLININ ELMİ VƏ TƏHSİLDƏKİ BU CÜR BÖYÜK UĞURUNU ALQIŞLAYACAQ, ONA ÜRƏKDƏN SEVİNƏCƏK…
Tariyel Azərtürk,
Professor
(ABŞ, Sietlin şəhəri)
P.S.Şəkillər Universiteti başa vurmaq münasibətilə keçirilən çox məhtəşəm tədbirlərdəndir. Sonuncu şəkildə Raminin sevincinə yığışmış azərbaycanlı dostlardır. Ramin 7 yaşlı oğlu Savalanla. Uğurun şanını sonra hamımız bir yerdə gecə saat 12-yə kimi çəkən gözəl restoranda qeyd elədik…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!