Əsas məzmuna keç

BƏRDƏDƏ KARANTİN QAYDALARINI POZAN “SULTAN” CƏRİMƏLƏNDİ

Bərdə rayonunda karantin qaydalarının pozulduğu restoranlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlamalar zamanı rayon ərazisində yerləşən “Soyuq Bulaq” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Sultan” şadlıq sarayında isə “COVID-19” pasportu olmayan şəxslərin məclisdə iştirakına şərait yaratdığı aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın