Əsas məzmuna keç

BƏŞƏR ƏSƏDİN HAKİMİYYƏTİNƏ SON QOYULDU VƏ…- RƏSMİ

Suriya ordusunun komandanlığı bazar günü zabitlərə Suriya prezidenti Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatdığını elan edib.

Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, bu barədə iki üsyançı mənbə məlumat yayıb. Məlumata görə, Dəməşqin “artıq Əsəddən azad olduğunu” deyən Suriya üsyançılarının dövlət televiziyası vasitəsilə Suriya xalqına ilk bəyanatını verəcəyi gözlənilir.

Qeyd olunur ki, Bəşər Əsəd bazar günü səhər tezdən Dəməşqdən naməlum istiqamətə uçub, iki yüksək rütbəli ordu zabiti agentliyə bildirib ki, üsyançılar paytaxta daxil olub.

Bəşər Əsədin isə yeri hələki bəlli deyil. Onun hansı ölkəyə qaçdığı dəqiqləşdirilir…

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…