Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəğməkar şair Baba Vəziroğlu yeni mahnılar üzərində işləyir. Sözləri şairə məxsus olan mahnıların musiqisi fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərova aiddir.
Tezadlar.az xəbər verir ki, Baba Vəziroğlu Qaynarinfo-ya açıqlamasında bu dəfəki layihələr Alim Qasımov ilə həyata keçiriləcəyini bildirib:
“Bu mahnılar məhz Alim Qasımov üçün yazılıb. O, mənim sözlərimə yazılmış mahnılara dəfələrlə müraciət edib. Lakin bu dəfə Kəmaləddin Heydərovun bəstəsi olan əsərləri ifa edəcək”.
Şair qeyd edib ki, sözügedən mahnılar yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.
Qeyd edək ki, Xalq artisti, xanəndə Alim Qasımov bundan əvvəl bəstəkar Kəmaləddin Heydərov və Baba Vəziroğluna məxsus “İlahi” layihəsini təqdim edib.