3 Fevral 2026 / 15:30

Bacıları məşhurun ölümünü belə gözləmədilər: varını- yoxunu daşıdılar…

Bir neçə gün əvvəl türkiyəli məşhur müğənni Fatih Ürek 59 yaşında vəfat edib.

Tezadlar.az xəbər verir ki, “Armağan cast” proqramında mərhum ifaçının bacıları ilə bağlı bəzi iddialar səsləndirilib. Bildirilib ki, bacıları Fatih Ürek reanimasiyada koma vəziyyətində olduğu 4 ay müddətində onun evlərini talan ediblər.

“Bacılarına bunu soruşmaq istəyirəm: Fatihin evini talan etdiniz? İstanbul və Bodrumdakı mülkündəki əşyalar haradadır? Onun kürklərini hələ vəfat etməmişdən əvvəl İzmirə gedib orada məşhur mağazaya satmağa çalışdınız? Adam həyatla mübarizə aparan vaxtı İstanbul və Bodrumdakı evlərini talan ediblər. Fatihin həmişə qoluna taxdığı qolbaqlar hazırda bacıların qolundadır”, – deyə  verilişin aparıcısı açıqlayıb.

 

axşam.az

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!