BAEA rəhbəri BMT-nin baş katibi olmaq niyyətindədir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi BMT-nin baş katibi postuna namizədliyini irəli sürməyi düşünür.

Tezadlar.az xəbər verir ki, bu barədə o, Buenos-Ayresdə jurnalistlərə bildirib.

“Antonio Quterreşin varisinin seçilməsi prosesi hələ başlamayıb. Proses ilin sonunda, BMT Baş Assambleyasına müraciətlər üçün çağırış olacaq zaman başlayacaq. Mən bu ehtimalı nəzərdən keçirirəm, ciddi şəkildə nəzərdən keçirirəm”, – Qrossinin sözlərini “La Nacion” nəşri sitat gətirib.

Quterreşin BMT-yə rəhbərlik etdiyi ikinci beşillik müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq.Qrossi 2019-cu ildən BAEA-nın baş direktoru vəzifəsində çalışır.

ELBAR

Xəbəri paylaş

9 İyul