Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/5
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə qarşıdan gələn Novruz bayramına həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu “Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib.
Tezadlar.az xəbər verir ki, sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurə İsgəndərova, “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Ayaz İsgəndərov, YAP Yasamal rayon təşkilatının və Beynəlxalq Qalereyanın əməkdaşları, media nümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında baş tutuan sərgidə müxtəlif yaş qrupundan olan rəssamın əsərləri təqdim edilib. Sərgidə müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət nümunələri nümayiş olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışı zamanı bildirib ki, Novruz bayramı münasibətilə təşkil olunan rəsm sərgisi milli-mənəvi dəyərlərimizin və zəngin mədəni irsimizin təbliği baxımından əlamətdardır:
“Sərgidə nümayiş etdirilən əsərlərdə baharın gəlişi, təbiətin oyanışı və Novruz bayramının qədim adət-ənənələri yüksək bədii ustalıqla təsvir olunmuşdu. Rəssamların yaratdıqları tablolar səməni, tonqal, bayram süfrəsi və xalqımızın əsrlər boyu yaşatdığı dəyərləri rənglərin harmoniyası ilə təqdim edilib”.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına və inkişafına daim böyük diqqət yetirmiş, Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına xüsusi önəm vermişdir. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli bayramlarımızın və əlamətdar günlərin yüksək səviyyədə qeyd olunması ölkəmizdə milli birlik və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir. Bu gün artıq Novruz bayramı və digər əlamətdar günlər Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında da böyük coşqu ilə qeyd olunur. Azad edilmiş şəhər və kəndlərimizdə tonqalların alovlanması, bayram tədbirlərinin keçirilməsi xalqımız üçün xüsusi qürur və sevinc mənbəyidir. Bu mənada təşkil olunan rəsm sərgisi də həm Novruz bayramının mənəvi mahiyyətini, həm də müstəqil və qalib Azərbaycanın ruhunu özündə əks etdirən əhəmiyyətli mədəni tədbir kimi dəyərləndirilir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn Novruz bayramı münasibəti ilə sərgi iştirakçılarını təbrik edib.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərginin təşkilinə görə başda sədr Bəxtiyar Nəbiyev olmaqla YAP Yasamal rayon təşkilatına öz minnətdarlığını bildirib. Çıxışda rəssamların təqdim etdikləri əsərlər və sərginin yüksək səviyyədə təşkilindən bəhs olunub. Vurğulanıb ki, sərgidə nümayiş olunan sənət əsərlərinin məna və məzmunu Azərbaycan qadınının sənətə bağlılığından xəbər verir. Sərgidə Uğur Art Life Studionun rəhbərləri Jalə Məhyəddinova və Ruqiyyə Hüseynli, Şəhanə Art Studionun rəhbəri Şəhanə Paşayeva, MM Tədris Mərkəzinin rəhbəri Məhsəti Mehnətova və mərkəzin müəllimi Könül Məmmədli, “Məleykə” Art Studionun rəhbəri Məleykə Eyvazova, Qurban Abbasov adına Mədəniyyət Sarayının, ABC School Tədris Mərkəzinin və English Academy Təhsil Mərkəzinin müəllimi Arzu Məmişova, Vitraj Art Studionun rəhbəri Aygün Kamilqızı tələbə kollektivi ilə iştirak edirdilər. Sərgidə ADRA-nın müəllimi Zinaida Mirzəzadə münsif olaraq iştirak edirdi. Sonda rəssamlara diplomlar təqdim edilib, xatirə şəkli çəkildi.
AYGÜN