Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil.”Tezadlar.az” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim-mənim hüquqlarım” mövzusunda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, Azərbaycanda doğum sayının azalması dövlət qurumları ilə bağlı məsələ deyil, bu, demoqrafiya, milli kimlik, gələcək insan kapitalının formalaşması məsələsidir:
“Əslində, inkişaf etmiş ölkələrə baxdıqda Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil. Bu məsələ insanların düşüncəsi ilə bağlı məsələdir. Ailə dəyərlərimizə əsaslanaraq balansı qorumağa çalışmalıyıq. Dövlət Komitəsi məsələni diqqətdə saxlayır, aidiyyəti qurumlara nə etməli olduğunu bildirir. Hesab edirəm ki, ölkə bu baxımdan kritik həddə çatmayacaq. Problemin kökünü, gələcək perspektivlərini bilirik və diqqətdə saxlayırıq”.