Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2026 / 09:44

Bakı Ali Neft Məktəbi dünyanın ən yaxşı 600 universiteti arasında-REYTİNQ

Bakı Ali Neft Məktəbi (BANM) “Times Higher Education (THE) Impact Rankings 2026” reytinqində dünyanın aparıcı ali təhsil müəssisələri arasında 401–600 diapazonunda qərarlaşıb. Bu barədə tezadlar.az-a BANM-dən məlumat verilib. Bildirilir ki, BANM ötən il bu nüfuzlu reytinqdə ilk dəfə iştirak edərək 801–1000 diapazonunda yer almışdı. Bu il isə BANM qısa müddətdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq beynəlxalq səviyyədə dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri bir daha təsdiqləyib. BANM-in ümumi göstəricisi 70.7 bal olub və 1603 ali təhsil müəssisəsi arasında qiymətləndirilib. Ali məktəb aşağıdakı 5 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə yüksək nəticələr əldə edib:

-DİM 10 – Bərabərsizliyin azaldılması – dünya üzrə 80-ci yer

-DİM 12 – Məsuliyyətli istehlak və istehsal – 101–200

-DİM 8 – Layiqli əmək və iqtisadi artım – 101–200

-DİM 4 – Keyfiyyətli təhsil – 101–200

-DİM 17 – Məqsədlər naminə tərəfdaşlıq – 61.6 bal

“THE Impact Rankings” universitetlərin təhsil, tədqiqat, idarəetmə və ictimai fəaliyyətlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini qiymətləndirən dünyanın ən nüfuzlu beynəlxalq reytinq sistemlərindən biridir. Bu uğur BANM-in dayanıqlı inkişaf, inklüziv təhsil, beynəlxalq əməkdaşlıq və cəmiyyətə təsir sahələrində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!