Əsas məzmuna keç

Bakı Ali Neft Məktəbinin 40 məzunu Dövlət Proqramının qalibi olub

WhatsApp Image at .. AM

Bakı Ali Neft Məktəbinin (BANM) 40 məzunu 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirəcəklər. BAMN-dən tezadlar.az-a verilən məlumata görə, BANM Dövlət Proqramı qalibi olan məzunlarının ümumi məzun sayına olan nisbətinə görə birinci yerdədir.

BANM məzunları Dövlət Proqramı çərçivəsində London İmperial Kolleci, Kolumbiya Universiteti, Nyu York Universiteti, Yale Universiteti, London Kral Kolleci, Vorvik Universiteti, Mançester Universiteti, Karnegi Mellon Universiteti, Melburn Universiteti, Lids Universiteti, Con Hopkins Universiteti, Sinqapur Milli Universiteti, Edinburq Universiteti, Münhen Texniki Universiteti, Bristol Universiteti və digər nüfuzlu universitetlərdə təhsil alacaqlar.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…