Bu səhər paytaxt sakinlərinin istirahətinə daha bir sürpriz əlavə edildi. Belə ki, Bakı meriyasının təşkilatçılığı ilə əsas küçələrin dezinfeksiyasına başlanılıb. Tezadlar.az-ın əməkdaşının bildirdiyinə görə, əsas küçə və prospektlərə 10-a yaxın ixtisaslaşmış texnikalar çıxarılıb və küçələr dezinfeksiya edilir.
Hazırda da bu iş davam etdirilir… Fotoşəkillərdən göründüyü kimi, küçələr ağ örpəyə bürünüb və qışın maraqlı mənzərəsini xatırladır…
SƏBUHİ








