23 Aprel 2026 / 16:03

“Bakı Metropoliteni” QSC qatarların hərəkət qrafiki ilə bağlı məlumat yaydı

Bakı metropolitenində qatarların hərəkəti ənənəvi iş günləri qrafikinə uyğun tam bərpa olunub və sistem tam gücü ilə fəaliyyət göstərir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, bütün xətlər üzrə hərəkət stabil təşkil edilir.

“Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə işləyir. Texniki sistemlər üzərində nəzarət gücləndirilib, monitorinq fasiləsiz davam edir”,- deyə məlumatda bildirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!