Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 May 2026 / 11:30

Bakı Metropolitenin rəisi Vüsal Aslanovun bu çıxışı aləmi qarışdırdı-SƏRT TƏNQİD

…Bakı Metropolitenin rəisi Vüsal Aslanov TV-lərin birində qonaq olub və qəribə məntiqini qoyub ortaya. Deyib ki, əgər Bakının ətraf rayonlarında, məsələn, Binəqədi, Xəzər, Hövsan… ərazilərində metro stansiyası olsa, camaat Bakının mərkəzinə doluşacaq, sıxlıq yaranacaq… Sitat: “Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyaları tiksək, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da bizim mövcud olan və çox yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətə düşə bilər”. Hətta bəziləri FB-də ona dəstək verib yazır ki, müəllim düz deyir də, məsələn, Binəqədidə metro olsa, hamı kənddən gələcək Torqovıda çay içməyə, mərkəzdə basırıq olacaq…

***

Bəli, biz hələ də yetişməmişik. İnsanların azadlığını, sərbəst yaşamaq, gəzmək… hüququnu gör necə məhdudlaşdırmaq istəyirlər… Ərəblər Torqovıya metro ilə gəlirlər??? Bakı Metropolitenin rəisi Vüsal Aslanovun bu məntiqi, daha doğrusu, məntiqsizliyi sosial mediada sərt tənqid edilib…

Qadir Həzi yazır: “…Mənim də cənab V.Asalanova balaca bir təklifim var. Cənab V.Aslanov, yaxşı olmazdımı, söylədiyiniz və söyləmədiyiniz Bakıətrafı əraziləri hasara alıb post qurasız? Buraxılış saatı tətbiq edərsiniz. Bununla da şəhərin mərkəzini kənarda yaşayanlardan qoruyar və məhdud infrastrukturdan rahatlıqla isifadə edə bilərsiniz. Bu, sadəcə təklifdir, nəzərə almaya da bilərsiz”.

Ruslan adlı şəxs yazır: “Rəis elə bilir ki, əgər metro stansiyası yoxdursa, deməli, Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal sakinləri şəhərin mərkəzinə gəlmirlər. Adam Bakını Lük Bessonun “13-cü kvartal” filmindəki kimi gettolara bölünmüş təsəvvür edir. Cənab rəis, metro oldu-olmadı, həmin insanlar onsuz da şəhərin mərkəzinə gəlirlər və gəlməlidirlər… Sadəcə, daha əziyyətlə: yaxın metro stansiyasına qədər avtobusla, “manatlıq taksi” ilə çatır, sonra metro ilə yollarına davam edirlər”.

***

Sosial media istifadəçisi Zülfiyyə Quluyeva isə daha maraqlı fakt deyir: “”Müəllim” elə hesab edir ki, Binəqədidə yaşayan insanlar metro olarsa əylənmək, alış-veriş etmək, bulvarda gəzib dolaşmaq üçün şəhərin mərkəzinə gələ bilərlər. Onu düşünmür ki, belə asudə vaxta sahib adamların Binəqədidə nə azzarı var? Bakı ətrafında yaşayan insanların çoxu dolanışıq üçün şənbə-bazar da işləyir… Sadəcə, adam düşünür ki, bu ağılla, dərrakə ilə bu məllim nətər gəlib o vəzifəyə? Hələ bəlkə də bu kəlmələri dərindən düşünüb deyib. Gör hələ mikrafon, kamera olmayanda bu nə danışır…”.

Çoxsaylı şərhlərin müəllifləri rəisin bu məntiqsiz fikirlərini sərt tənqid etməkdədir…

***

Bəli, insanlar metro oldu-olmadı, öz şəhərinə gəlməli, gəzməlidir… Bu hüququ Konstitusiyamız verib, kimsə onu məhdudlaşdıra bilməz… Başqaları-əcnəbilər Bakının mərkəzinə gələ bilər, amma bakılı yox???

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!