Əsas məzmuna keç

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 75

Bakı-Quba ödənişli avtomobil yolunda yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən tezadlar.az-a  verilən məlumata görə, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı özüqaldıran yük avtomobili idarəetməni itirərək aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1995-ci il təvəllüdlü Qasimov Turqay Əhməd oğlunun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…