Bakı-Quba ödənişli avtomobil yolunda yol qəzası baş verib.
Tezadlar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı özüqaldıran yük avtomobili idarəetməni itirərək aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 31 yaşlı Qasimov Turqay Əhməd oğlunun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.







