Əsas məzmuna keç

Bakıda 30 yol sahəsində təmir yekunlaşıb

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Bakı şəhərində genişmiqyaslı təmir proqramı icra olunur.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, proqram çərçivəsində paytaxtın bütün inzibati rayonlarını əhatə edən 110 küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulub.

Artıq 30 yol sahəsində işlər yekunlaşdırılıb, 20-yə yaxın küçə və prospektdə isə təmir işləri davam etdirilir.

Təmir işləri mərhələli şəkildə nəzərdə tutulan bütün ünvanlarda həyata keçiriləcək.

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…