Əsas məzmuna keç

Bakıda bu küçədə təmir başlayır

Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) 22 iyul tarixindən etibarən təmir işlərinə başlanılacaq

Tezadlar.az-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidən məlumat verilib

Bildirilir ki, təmir işləri müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın