Bakıda “Kalaşnikov” avtomatı, tapança, tüfəng və patronlar aşkarlanıb

Oxunma sayı: 105

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə paytaxt sakini 74 yaşlı V.Usolsevin rayon ərazisində yerləşən evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, həmin şəxs polislər tərəfindən saxlanılıb. Onun ünvanından 1 ədəd “Kalaşnikov” avtomatı, 2 tüfəng, 1 tapança və 153 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qeyd olunur ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

R.XUDATQIZI

Xəbəri paylaş

26 Aprel