Əsas məzmuna keç

BAKIDA MƏNZİLDƏ MEYİT AŞKARLANIB

Bakıda mənzildə meyit aşkarlanıb.

Bu barədə Tezadlar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…