Aynur Qurbanqızı yazır: “53 saylı məktəbdə qızımın informatika müəlliməsi də hicablı idi. Qızım elə pis olmuşdu ki… Hər dəfə gözləri dolurdu ki, müəlliməsi daha gəlməyəcək. Dünən sevinə-sevinə deyir ki, ana, müəlliməmiz getməyib, bizə dedi ki, sizdən ayrılmamaq üçün hicabımı açdım. Və bu qərara mən də sevindim. Şəkildəki xanım isə Təranə Ağabəyova. Səhifəsinə baxanda da görünür ki, peşəsini çox sevir. Və o da “saçımın hər teli balalarıma qurban olsun” deyə şəklini paylaşıb.
Təəsüf ki, öz balalarına dəyər verməyən dindarlar və dindən xəbərsiz olub sadəcə küyə düşənlər hər zamankı kimi qınaq edib, xoşagəlməz sözlər yazıblar. Bəlkə də buna görə səhifəsini də bağlayıb.
Uşaqların gələcəyini qurmağı seçən müəllimlərə tənqid yox, alqış düşür! Ümid edirəm valideynlər də öz doğma övladlarına dəyər verib məktəbə göndərərlər. Çünki müəllimin də, valideynin də başlıca vəzifəsi uşaqlara elm vermək, onların gələcəyinə işıq tutmaqdır…”.
Sitatın sonu.







