Əsas məzmuna keç

Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları yaradılacaq: WUF13-Ə GÖRƏ!

WUF13 çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək. Tezadlar.az xatırladır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu barədə məlumat yayıb. Müvəqqəti hərəkət zolaqları Heydər Əliyev prospekti – Aerport şosesi, Abbasqulu ağa Bakıxanov küçəsi, Mehdi Abbasov küçəsi, Mikayıl Əliyev küçəsi, Yusif Səfərov küçəsi və Mikayıl Müşfiq küçəsində yaradılacaq. Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…