Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya və Almaniya arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Bakıda heç bir rəsmi danışıqlar aparılmayıb. Tezadlar.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “TASS”a müsahibəsində belə bildirib. Sitat: “Almaniya ilə Ukraynadakı nizamlanma məsələləri üzrə heç bir rəsmi təmas olmayıb və yoxdur. Almaniya siyasi rəhbərliyinin son dərəcə aqressiv anti-Rusiya ritorikası və praktiki addımlarını nəzərə alsaq, belə təmasların olması da çətin ki, mümkün olsun”.
Rusiya XİN rəsmisi bununla yanaşı, iki ölkənin müxtəlif ictimai strukturlarının nümayəndələri arasında qeyri-rəsmi görüşlərin keçirildiyini qeyd edib. “Rusiya və Almaniyanın müxtəlif ictimai strukturlarının nümayəndələri arasında qeyri-rəsmi görüşlər olub və davam edir”, – deyə diplomat vurğulayıb.
Qeyd edək ki, “The Times” nəşri iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini yazıb. Qəzetin yazdığına görə, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.