Əsas məzmuna keç

“Bakıkart” vasitəsilə vətəndaş belə soyuldu – VİDEO

Cəmi bir neçə dəqiqə ərzində vətəndaşın  kartındakı bütün pullar “Bakıkart” vasitəsi ilə çıxılıb. Həm də nə az, nə çox ardıcıl olaraq 31 dəfə…

Tezadlar.az  xəbər verir ki, şikayətçi Bəsdi Abdullayeva deyir ki, bazarlığa gedən zaman ona kart hesabında pul olmadığı deyilib. Məlum olub ki, bank kartının balasında olan pul “Bakıkart” vasitəsi ilə çıxılıb.

O deyir ki, problemin kökünü araşdırmaq üçün döymədiyi qapı qalmayıb. Amma, problemi həll olunmur.

Məsələ ilə bağlı “K Group” MMC-dən bildirildi ki, sərnişinin müraciəti dərhal araşdırılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…